Şəxs öz hüquqlarının müdafiəsini sərbəst həyata keçirə bilmədiyi halda vəkilə müraciət edə bilər.
Ləman Əhmədli
Vəkil/Advocate
Ləman Əhmədli
Əhmədli Ləman İsmayıl qızı 2 noyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili
2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş və 2012-ci ildə həmin universiteti bitirmişdir.
İş fəaliyyəti
2013-2015-ci illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində işləmişdir.
2016-2019-cu illərdə vəkil Əhməd İsmayıl Əhməd oğlunun yanında vəkil köməkçisi olaraq işləmişdir.
2020-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmişdir.
2021-2022-ci illərdə Qanunçuluq vəkil bürosunun direktoru vəzifəsində çalışmışdır.
2019-cu il dekabr 25-dən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Hazırda vəkil kimi fəaliyyət göstərir.
İştirak etdiyi kurslar
Yeni Gənclər Tələbə birliyində 01.04.2011-30.04.2011-ci ildə Hüquq Məktəbi adlı layihənin mühazirələrində iştirak etmişdir. 30.04.2011 tarixli Sertifikat
İnnovativ İnkişaf Mərkəzinin təşkil etdiyi “Natiqlik Fərdi Koaçinq ” təlimində iştirakçı olmuşdur. Sertifikat № 00104, 03.01.2015.
13 İyul-13 Avqust 2016-cı Banco.az portalının təşkil etdiyi Banco Academy Bank işi kurslarını yüksək nəticə göstərərək bitirmişdir.
23 dekabr 2023-cü il tarixində “Əmək münasibətləri: Miflər və Həqiqətlər” mövzusunda keçirilən tematik təlimdə iştirak edib. MKS Academy 23.12.2023-cü il tarixli Şəhadətnamə.
Ümumi
Hüquqi yardımla bağlı
Hüquqi yardım dedikdə, hüquqi problemlərin həlli məqsədilə vəkil tərəfindən göstərilən xidmət başa düşülür. Hər bir şəxs dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda, məhkəmədə hüquqlarının müdafiəsi, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi digər növ hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edə bilər.
Xidmət haqqı - “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə” ilə müəyyən edilmiş və vəkilə ödənilməli olan qonorarın məbləğidir.
Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləği bu yardımı göstərən vəkilin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə müəyyən edilir.