Boşanma zamanı məhkəmə hansı hallarda ər və arvada barışıq üçün 3 ay vaxt verir
Nikahın pozulması işləri ailə mübahisələrinə aid edilir. Nikahın pozulması üçün mediasiya prosesi yekunlaşdıqdan sonra məhkəməyə müraciət edilir.
Mülki-prosessual qaydalara əsasən nikahın pozulması işlərində məhkəmə iclaslarında tərəflər-yəni iddiaçı və cavabdeh iştirak edirlər. İlk öncə gəlin baxaq, iddiaçı və cavabdeh kimlərdir?
İddiaçı kimdir?
Özünün və ya başqasının mənafeyi naminə məhkəmədə iddia qaldırmış şəxslər iddiaçıdırlar. Yəni, boşanma işlərində iddiaçı-boşanmaq arzusunda olan şəxs, boşanmaq üçün məhkəməyə müraciət edən şəxsdir.
Cavabdeh kimdir?
İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
Məsələn, Aygün adında xanım əri Akifdən boşanmaq istəyir və məhkəməyə müraciət edir. Bu misalda Aygün iddiaçı olacaq, əri Akif isə cavabdeh.
Hansı hallarda məhkəmə barışıq üçün ər və arvada barışıq üçün 3 ay vaxt verir?
Əgər nikahın pozulması, yəni boşanmaq üçün məhkəməyə müraciət etmisizsə, məhkəmə ilk olaraq “hazırlıq iclası” təyin edir. Hazırlıq iclasında hakim işin gedişatına uyğun məhkəmə baxışına hazırlıq hərəkətləri görür və işi məhkəmə baxışına təyin edir. Məhkəmə baxış iclasında tərəflər-yəni iddiaçı və cavabdeh şəxslər iclasda iştirak edirlər. Bu zaman cavabdeh tərəf nikahın pozulmasını istəmirsə, yəni barışıq üçün məhkəmədən zaman istəyirsə bu halda məhkəmə ər və arvada 3 ay vaxt verməklə işin baxılmasını təxirə salır. 3 ayın sonunda yenidən məhkəmə iclası təyin edilir, bu zaman ər və arvad arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Hazırladı: vəkil Ləman Əhmədli
Əlaqə: 0506606824