Hansı halda ər arvadını boşaya bilməz?
Ailə Məcəlləsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında nikaha xitam verilə bilər. ANCAQ qanun 2 halda ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır.
Ər aşağıdakı hallarda arvadın razılığı olmadan nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz:
- arvadın hamiləliyi dövründə;
- və ya uşağın doğulmasından sonra 1 il müddətində.
Hazırladı: vəkil Ləman Əhmədli
Əlaqə: 0506606824