Mediasiya prosesi nədir?

Mediasiya prosesi nədir?

Mediasiya nədir?

Mediasiyaya müraciət qaydası necədir?

Hansı mübahisələr mütləq mediasiya prosesindən keçməlidir?

Mediasiyadan keçməsəm nə baş verə bilər?

Mediasiya nədir?

Qanunun dili ilə, Mediasiya –tərəflər arasındakı mübahisənin mediatorun köməyi ilə könüllü olaraq həlli ilə bağlı qurulmuş bir prosesdir.  

Sadə dillə desək, mediasiya tərəflərin mübahisələrinin həlli üçün keçirilən bir prosesdir. Mediasiya məhkəmədən öncə keçirilir və adətən, mediatorlar tərəflər arasında məsələnin həlli üçün barışığa nail olmağa çalışırlar. Buna görə də bu prosesə bəzən el arasında “barışıq prosesi” də deyirlər. İnsanlar bu prosesdə iki yolla iştirak edirlər. 1-ci yol ondan ibarətdir ki, müəyyən kateqoriya işlər üzrə mübahisə edənlər mütləq mediasiyadan (məcburi mediasiya) keçməlidirlər. Mediasiya prosesindən keçməsələr onların ərizələri məhkəmələr tərəfindən baxılmağa qəbul edilməyəcək. 2-ci yol, tərəflər özləri əvvəlcədən mübahisəyə mediasiyada baxılması barədə razılığa gəlmiş olsunlar (könüllü mediasiya)\

Mediasiyaya müraciət qaydası necədir?

Bu prosesin daha rahat başa düşülməsi üçün ailə mübahisəsi üzərindən nümunə verək. Məsələn, Anar və Aytən 2018-ci ildə ailə həyatı qurublar. Xarakterləri bir-birinə uyğun olmadıqları üçün Aytən nikahın pozulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. (burda digər məsələlər də ola bilər, aliment tələbi, uşağın ananın (atanın) yanında qalması tələbi, əmlak tələbləri) . Bu zaman məhkəmədən öncə mütləq qaydada  mediasiyaya müraciət edilməlidir.

Mediasiya prosesi Anara-qarşı tərəfə Təklifin göndərilməsi ilə başlayır.

  • TƏKLİF

Təklif yazılı şəkildə tərtib olunur. Təklifdə qarşı tərəfə öz tələblərinizi bildirirsiniz. Aytən öz Təklifinə nikahın pozulması tələbini yazır. Təklif nümunəsini aşağıdakı linkdən əldə edə bilərsiniz

http://mediasiya.gov.az/qanunvericilik/mediasiya-surasinin-senedleri

Aytən, Təklifi hazırladıqdan sonra onu imzalayır və poçtla qarşı tərəfin yaşadığı ünvana göndərir. Qarşı tərəfə Təklifinizi göndərdikdən sonra 10 gün gözləmə müddəti var. Bu gözləmə müddətinin mahiyyəti odur ki,10 gün ərzində öz aralarında müzakirələr apara və nəticədə barışa bilər, yəni Aytən nikahın pozulmasından vaz keçər. Həmin 10 gün müddəti ərzində əgər Aytənlə Anarın münasibətlərində dəyişiklik olmursa, yəni barışmırlarsa o zaman Aytən 10 gün sonra ərizə ilə mediatora müraciət edir.

Lazımlı: Təklifi göndərərkən poçt qəbzi və Təklifin bir surətini mütləq özünüzdə saxlayırsız. Çünki:

  1. Təklifinizin gedib qarşı tərəfə çatdığını https://www.azerpost.az/az/tracking/  saytından izləyə bilərsiniz.
  2. Mediatora ərizə ilə müraciət edərkən ərizəyə Təklifin bir surəti və poçt qəbzi əlavə edilir.  
  • İlkin mediasiyanın keçirilməsi üçün ərizə ilə mediatora müraciət

Təklifin göndərdikdən 10 gün keçdikdən sonra Aytən mediatora müraciət etməlidir. Bu ilk öncə mediasiya təşkilatı seçilir. Hal-hazırda çoxlu sayda mediasiya təşkilatları fəaliyyət göstərir. Gediş-gəlişin rahat olması üçün yaşadığınız əraziyə yaxın mediasiya təşkilatını seçə bilərsiz. Mediasiya təşkilatları ilə aşağıdakı linkdən tanış ola bilərsiniz

 http://mediasiya.gov.az/mediasiya-reyestri/mediasiya-teskilatlari

Mediasiya təşkilatını seçildikdən sonra İlkin mediasiya sessiyası üçün ərizə hazırlanır. Ərizədə nəzərdə tutulan bütün məlumatları doldurduqdan və lazımı sənədləri (poçt qəbzinin və Təklifin surəti) əlavə edib imzaladıqdan sonra poçtla seçdiyiniz mediasiya təşkilatına göndərirsiz.

Qeyd: ərizənizi və ona əlavə edilən sənədlərlə birlikdə emailiniz vasitəsilə də göndərə bilərsiniz.

Mediasiya prosesinə dəvət

Ərizəniz mediasiya təşkilatına çatdıqdan sonra sizin və qarşı tərəfin əlaqə üçün qoyduğunuz mobil nömrələrinizə mediasiya prosesinin vaxtı və yeri barədə bildiriş gəlir.

Bildirişdə qeyd edilən tarixdə mediasiya prosesində iştirak edirsiz. Mediator mediasiya prosesinin nəticəsinə uyğun olaraq sizə sənəd təqdim edəcək. Bu mediasiya prosesininin yekununa dair arayış və s. ola bilər.

Hansı mübahisələr mütləq mediasiya prosesindən keçməlidir?

Mediasiya haqqında qanunun tələbinə əsasən,  ailəəmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur

Mediasiyadan keçməsəm nə baş verə bilər?

Ailə və əmək mübahisələri mediasiyadan keçməsə, məhkəmələr sizin işinizi baxılmağa qəbul etməyəcək və sənədlərinizi geri qaytaracaqdır.

Hazırladı: vəkil Ləman Əhmədli

Əlaqə: 0506606824