Məhkəməyə dövlət rüsumunun ödənilməsi qaydası

Məhkəməyə dövlət rüsumunun ödənilməsi qaydası

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Pozulmuş hüquqlarımızın bərpası məqsədilə məhkəmədə iddia qaldıra bilərik. İddia verərkən etməli olduğumuz hərəkətlərdən biri də dövlət rüsumunun ödənilməsidir. Dövlət rüsumu ödənilmədiyi halda, iddia ərizəsi məhkəmə tərəfindən sizə geri qaytarılır, yəni ki işinizə baxılmır.

İndi isə gəlin baxaq, məhkəməyə iddia verərkən dövlət rüsumunu  necə ödəyirik?

1 dövlət rüsumunun məbləğinin hesablanması

Məhkəməyə dövlət rüsumu ödənməmişdən ilk öncə dövlət rüsumunun məbləğini hesablamaq lazımdır. Hal-hazırda bu, olduqca asandır. Elektron məhkəmə sistemində yerləşdirilmiş Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə məhkəməyə ödəniləcək dövlət rüsumunun məbləğini asanlıqla hesablaya bilərsiniz. Bu kalkulyatora aşağıdakı linkdən daxil ola bilərsiniz.

https://e-mehkeme.gov.az/Calculator

2 Ödəmə üsulları

Dövlət rüsumunun məbləğini hesabladıqdan sonra ödəmək üçün MilliÖN, E-manat, Exspresspay ödəniş terminallarından istifadə edə bilərsiniz. Bu terminallar hər marketdə, yol səkilərində və s. yerlərdə mövcuddur. Həmçinin Kapital bankın aparatları vasitəsilə də dövlət rüsumunu ödəyə bilərsiz. Qeyd edilən bankda dövlət rüsumunu ödəmək daha asandır. Çünki bir problemlə qarşılaşdığınız zaman bankın əməkdaşları dərhal köməklik göstərirlər. Əgər birinci dəfə dövlət rüsumu ödənişi edəcəksizsə və ödəniş qaydası barədə məlumatınız yoxdursa, bankda dövlət rüsumunu ödəmək daha məsləhətlidir.

3 İnternet vasitəsilə

Yox əgər evdən çıxmadan dövlət rüsumunu internet vasitəsilə ödəmək istəyirsinizsə, bu zaman MilliÖN, E-manat, Exspresspay, Hökumət Ödəniş Portalı, ASANPAY elektron ödəniş sistemləri vasitələrində istifadə etmək mümkündür. Əlavə məlumat üçün bildirim ki, bu ödəniş sistemlərinin çoxunun mobil tətbiqləri vardır.

4 Dövlət rüsumu qəbzi

Dövlət rüsumunu ödədikdən sonra sizə qəbz veriləcək. Bu qəbzi mütləq özünüzdə saxlayın, çünki iddia ərizəsinə əlavə ediləcək sənədlərə qoşulacaq.

Hazırladı: vəkil Əhmədli Ləman

Əlaqə: 0506606824