İş yeri, qazancı və gəliri olmayan valideyndən aliment tutula bilərmi?

İş yeri, qazancı və gəliri olmayan valideyndən aliment tutula bilərmi?

İş yeri, qazancı və gəliri olmayan valideyndən aliment tutula bilərmi?   

Məhkəmə işlərində stastistikaya baxsaq görərik ki, məhkəməyə ən çox müraciət olunan iddialar arasında aliment tələbi ilə bağlı məsələlər dayanır.

Aliment nədir?

Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanunun mənasına görə, aliment öhdəliyinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil edir. Yəni ki,  valideynləri tərəfindən uşağın inkişafı üçün hər cür maddi təminatının ödənilməsi başa düşülməlidir.

Aliment hansı hallarda tutulur?

Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsi 75.4-cü maddə

Valideyn işləmədikdə, qazancı və ya sair gəlir olmadıqda aliment necə tutulur?

Valideyn işləmirsə, qazancı və ya sair gəliri yoxdursa aliment sabit pul məbləğində tutulur. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Hal-hazırda “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

Yekun nəticə: Deməli, valideyn işləmədikdə, qazancı və ya sair gəlir olmadıqda belə aliment valideyndən tutula bilər. Bu zaman alimentin məbləği yaşayış minimuma əsasən 235 manat olacaqdır.

Hazırladı: vəkil Ləman Əhmədli

Əlaqə: 0506606824