01
Apr
Əhmədli Ləman İsmayıl qızı 2 noyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili
2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş və 2012-ci ildə həmin universiteti bitirmişdir.
İş fəaliyyəti
2013-2015-ci illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində işləmişdir.
2016-2019-cu illərdə vəkil Əhməd İsmayıl Əhməd oğlunun yanında vəkil köməkçisi olaraq işləmişdir.
2020-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmişdir.
2021-2022-ci illərdə Qanunçuluq vəkil bürosunun direktoru vəzifəsində çalışmışdır.
2019-cu il dekabr 25-dən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Hal-hazırda vəkil kimi fəaliyyət göstərir.